Azərbaycan-Türkiyə


Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə.
Ana yurdda yuva qurdum
Ata yurda könül verdim
Ana yurdum, ata yurdum
Azərbaycan-Türkiyə.
Birdir bizim hər halımız
Diləyimiz, amalımız
Bayraqlarda hilalımız
Azərbaycan-Türkiyə.
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.

22 комментария:

  1. Böyük TÜRK şairi Bəxtiyar Vahabzadə allah sənə rəhmət eləsin. Sizin şerləriniz damarlarından TÜRK qanı axan insanlarımızı daim dik tutur.

    ОтветитьУдалить
  2. Этот комментарий был удален автором.

    ОтветитьУдалить
  3. Ruhun şad olsun istiqlal şairi bü günlerde şeirlerin dilden düşmür ,arzuların cin oldu türklerle birlikdeyik Garabağda bizimdir

    ОтветитьУдалить