Nekroloq

             
Nekroloq - bir həyatm son nidası,- son səsi,
Bir mənalı həyatın ən qısa mənzərəsi.
Ömrün bütün günləri tez bir yerə yığışdı
on cümləyə sığışdı...
Mərhuma bircə anlıq versəydilər ömr əgər,
Baxıb, baxıb yad kimi,
o buna ağlardımı, o buna gülərdimi?..
Boylandı əməllərin ən kütah lövhəsindən
mərhum bizə son kərə.
Hər kəsin arzuları çoxdur əməllərindən
min kərə, milyon kərə.
Ürəkdəki arzular əməllərdən əzəldir,
Eləmək istədiyim mənim elədiyimdən
həm çox, həm də gözəldir!
Eləysə... Nekroloqa ömür tam olsun deyə
Əməllərlə bərabər ən gözəl arzular da
niyə yazılmır, niyə?!

Комментариев нет:

Отправить комментарий